23 Mayıs 2016 Pazartesi

Medianın beyin yuma üsulları

Medianın beyin yuma üsulları

Təkamül nəzəriyyəsi, əvvəl də araşdırdığımız kimi, din əleyhdarı qüvvələr tərəfindən müxtəlif saxtakarlıqlar və saxta dəlillərlə sübut edilməyə və cəmiyyətə qəbul etdirilməyə çalışılır. Lakin bu elmi saxtakarlıqların bir-bir üstü açılır və gözləniləndən tam əks təsir yaradır. Bu səbəbdən, təkamülü insanlara qəbul etdirməyi ən böyük masonik vəzifə olaraq qəbul edənlər bu vəzifəni əsas olaraq kütləvi informasiya vasitələri, yəni media vasitəsilə yerinə yetirirlər.
Əslində, media müəyyən güc mərkəzlərinin cəmiyyətin düşüncəsini idarə etmək üçün tez-tez istifadə etdiyi bir cihazdır. Bu düşüncə idarəsi təkamüldən başqa mövzuları da əhatə edir. Məşhur amerikalı dilçi və yazıçı N.Çomski (Noam Chomsky) azərbaycancaya “Media həqiqəti” olaraq tərcümə edilən “Necessary Illusions: Thought Control in Democratic Societies” (Gərəkli İllüziyalar: demokratik cəmiyyətlərdə düşüncə nəzarəti) adlı kitabında medianın güc mərkəzləri tərəfindən ictimai düşüncəni idarə etmək üçün istifadə edilən bir vasitə olduğunu ətraflı izah edir. Məşhur yazıçının bildirdiyinə görə, başda ABŞ olmaqla, bütün qərb dövlətləri, əslində, nasist Almaniyası və ya SSRİ kimi totalitar bir dövlətdir (Totalitar: bütün cəmiyyətin dövləti əlində tutan qüvvələr tərəfindən idarə olunduğu, azadlığın olmadığı, bütün cəmiyyətin dövlətin rəsmi ideologiyasına itaətə məcbur buraxıldığı rəhbərlik nizamı, diktatorluq). ABŞ-ın və digər qərb dövlətlərin nasist Almaniyası və SSRİ kimi açıq totalitar dövlətlərdən tək fərqi totalitarizmi daha örtülü bir şəkildə tətbiq etməsi idi. Çomskiyə görə, bu gizli totalitarizm xalqın düşüncəsinin media vasitəsilə idarə edilməsi sayəsində tətbiq edilir.
Məsələn, ABŞ başqa bir ölkəyə müdaxilə etmək, ya da müharibə etmək istəyir. Ancaq xalqın böyük hissəsi buna qarşıdır. Bu vəziyyətdə açıq totalitar bir dövlət xalqın nə düşündüyünü vacib hesab etməz və bildiyini edər. Halbuki, ABŞ kimi gizli totalitar bir dövlətin tətbiqi daha fərqlidir: əvvəl xalqın düşüncəsi bu xarici müdaxiləni dəstəkləyəcək bir şəkildə yönləndirilir. Medianın təbliğatı sayəsində xalq hiss etmədən hakim qüvvələrin istədiklərinə razılıq verir. Çomski Amerika tarixində bu idarə şəklinin dəfələrlə istifadə edildiyini, Birinci Dünya Müharibəsindən indiyə qədər hər xarici müdaxilədən və döyüşdən əvvəl bu cür bir “media yolu ilə beyin yuma” proqramı tətbiq olunduğunu və xalqın razılığının istənilən istiqamətdə yönləndirildiyini bildirir.
Qısası, demokratik etiketini daşıyan ölkələrdə də cəmiyyətin düşüncəsini istiqamətləndirən, cəmiyyəti rəsmi yalanlarla aldadan qüvvələr hakimdir. Media isə bu qüvvələrin bir cihazı mövqeyindədir. N.Çomski belə deyir: “Xalqa təqdim edilən dünya cədvəlinin həqiqətlə ancaq çox uzaqdan əlaqəsi vardır. Doğru yalanlardan qurulan binaların altında basdırılmışdır”.
Bu vəziyyətdə medianın bizə verdiyi təlqinlər üzərində bir az dayanıb düşünmək lazım deyilmi, sizcə?...

Medianın böyük masonik vəzifəsi: təkamülü cəmiyyətə qəbul etdirmək

Medianın böyük masonik vəzifəsi: təkamülü cəmiyyətə qəbul etdirmək

Heç diqqət etdinizmi?... Qərb dünyasının “Time”, “Newsweek” kimi böyük və təsirli jurnalları müəyyən fasilələrlə təkamül nəzəriyyəsini mövzu edən xəbərlər nəşr edirlər. Bu xəbərlər çox vaxt jurnalın üz qabığında verilir. “Təkamüldə yeni inkişaf”, “təkamüldə böyük nailiyyət”, “Darvini təsdiqləyən mühüm qalıq” kimi başlıqlarla verilən bu xəbərlərdə, əslində, heç də böyük və yeni deyilə biləcək bir dəlil yoxdur. Çox vaxt bir alimin təkamül haqqındakı yeni bir düşüncəsi, ya da təkamülü sübut etməkdən uzaq bir fosil mövzu edilir. Amma bu xəbərlərdə maraqlı bir cəhət vardır: xəbər yalnız bir nəzəriyyə olan təkamülü sübut edilmiş bir həqiqət olaraq qəbul edən bir üslubda yazılmışdır. Bu xəbəri oxuyan, ya da heç olmasa, bir dəfə gözdən keçirən insanların çoxu təkamülü onsuz da on illər əvvəl sübut edilib dəqiqləşmiş mütləq həqiqət hesab edirlər.
Bu cür media nəhənglərinin həmin xəbərləri demək olar ki, ölkəmizdəki böyük qəzetlər tərəfindən də cəmiyyətə ötürülür. İstifadə edilən üslub klassikdir: ““Time” jurnalının xəbərinə görə, təkamül zəncirindəki boşluğu tamamlayan çox əhəmiyyətli bir fosil tapıldı”, ya da ““Newsweek”in xəbərinə görə, alimlər təkamülün qaranlıqda qalan son nöqtələrini də aydınlatdılar” kimi cümlələr böyük şriftlərlə göstərilir. Yenə maraqlı bir cəhət vardır: bu nəşriyyat orqanları da təkamülü mütləq bir həqiqət olaraq qəbul etdirmə məqsədi güdürlər. Halbuki, ortada sübut edilmiş heç bir şey yoxdur ki, təkamül zəncirinin son “əskik halqası” tapılmış olsun. Dəlil olaraq önə çıxarılanların hamısı əvvəlki səhifələrdə bəhs etdiyimiz saxta dəlillərdir.
Media ilə yanaşı, elmi qaynaqlara, ensiklopediyalara, biologiya kitablarına baxılanda da eyni mənzərə ilə qarşılaşırıq. Bu cür qaynaqların demək olar ki, hamısı təkamülü mütləq bir həqiqət kimi izah edirlər.
Qısası, dinsiz güc mərkəzlərinin nəzarətində olan media və akademik qaynaqlar tamamilə təkamülçü bir dünyagörüşünü qoruyur və bunu cəmiyyətə təlqin edir. Bu təlqin elə təsirlidir ki, zamanla təkamül nəzəriyyəsi bir bütə çevrilmişdir: təkamülü inkar etmək elmlə qarşı-qarşıya gəlmək, həqiqətləri görməməzlikdən gəlmək kimi təqdim edilir. Bu səbəbdən də xüsusilə 1950-ci illərdən indiyə qədər təkamülün bu qədər böyük səhvlərinin ortaya çıxmasına və bunların təkamülçü alimlər tərəfindən etiraf edilməsinə baxmayaraq, bu gün belə, mətbuat orqanlarında təkamülü tənqid edən hər hansı bir düşüncə tapmaq demək olar ki, qeyri-mümkündür.
Ancaq küçədəki adam böyük bir təlqinin təsirində qaldığını və böyük bir yalanın özünə həqiqət imiş kimi təqdim edildiyini çox vaxt hiss etmir. Onsuz da yenə çox vaxt belə bir şeydən şübhələnəcək və: “Görəsən, aldadılırammı”, -deyə araşdıracaq düşüncəyə sahib deyil. Araşdırsa belə, təkamülü araşdıracaq imkana da sahib deyil. Tək edəcəyi şey qurulan sistemin təlqininə və bu nizama uymuş çoxluğa tabe olmaqdır.
Halbuki, əksəriyyətə tabe olmaq insanı doğruya aparmır. Çünki həmin əksəriyyət qəti dəlillərini gördükləri bir mütləq həqiqətə deyil, yalnız quru bir iddiaya inanmışdır. Bu isə Quran ayəsinin xəbər verdiyi kimi yoldan azmaqdır:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Təkamül mövzusunda sistemli bir şəkildə edilən və təkamülü sübut edilmiş bir həqiqət kimi təqdim edən təlqinlər isə üzərində bir az düşünüldükdə yalan olduğu aydın olur.

Təkamül nağılları

Təkamül nağılları

Əvvəlki səhifələrdə təkamülçülərin çıxardığı saxta dəlillərə və etdikləri təhriflərə toxunmuşduq. Ancaq cəmiyyətə təkamülü qəbul etdirmək üçün istifadə edilən üsullar bu saxtakarlıqlardan daha bəsitdir.
Ən əhəmiyyətli və təsirli üsul təkamülçülərin rekonstruksiya təsvirləridir. Təkamülçü nəşrlərə baxanda bu şəkillərə çox rast gələrsiniz. Rəsmlərdə yarı insan, yarı meymun varlıqlar çox vaxt ailəvi təsvir olunur. Tüklü bədənlərə, yüngül əyri yerişə, meymun-insan qarışığı bir üzü olan bu varlıqlar təkamülçü “alimlər” tərəfindən tapılan fosillər əsasında çəkilmişlər.
Halbuki, bu şəkillərin heç bir mənası yoxdur. Çünki tapılan fosillər yalnız canlının sümük quruluşu haqqında məlumat verir. Bu fosili nümunə götürərək canlının bədəninin necə tüklü olduğu haqqında bir fikir irəli sürülə bilməz. Eyni şəkildə, canlının burnu, qulaqları, dodaqları, saçları haqqında da heç bir məlumat ola bilməz. Halbuki, təkamülçülər rəsmlərdə ən çox burun, dodaq və qulaq kimi orqanları yarı insan, yarı meymun şəklində göstərirlər.
Bu yolla normal bir insan kəlləsinə də meymun burnu, qulağı və dodağı əlavə edib xəyali bir ara keçid forması əldə edə bilərsiniz.
Necə ki, təkamülçülər bu mövzuda o qədər yalan danışırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, avstralopitek robustus (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya şəkil bunun məşhur bir nümunəsidir. Əvvəlki səhifələrdə toxunduğumuz kimi, bir donuz dişini nümunə götürərək “tapılan” və ailəsi ilə birlikdə yarı insan, yarı meymun bir görünüşlə çəkilən xəyali Nebraska adamı da təkamülçülərin xəyal gücünün nə qədər inkişaf etdiyini göstərən başqa bir nümunədir.
Amma bu xəyali təsvirlər bir çox insana görə, təkamülə inanmaq üçün olduqca qənaətbəxş bir dəlildir. “Böyük alimlər” bu cədvəlləri özlərindən uyduracaq deyillər ki!...
Məhz çox insan bu “böyük alimlər” tərəfindən uydurulan böyük yalana, təkamül nəzəriyyəsinə kor-koranə inanır. Təkamül o qədər qatı bir təbliğat ilə cəmiyyətə qəbul etdirilmişdir ki, insanlar bu nəzəriyyəni qəbul etmək üçün dəlil axtarmırlar belə. Bir çox insan təkamülü dünyanın dairəvi olması qədər qəti bir həqiqət zənn edir.
Təkamülçü D.Devar (Douglas Dewar) nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsində mətbuatın oynadığı rolu belə izah edir:
Təkamülçülərin mətbuatı ələ keçirmələrinin əhəmiyyətini çox az insan hiss etmişdir. Bu gün çox az jurnalda təkamül nəzəriyyəsini rədd edən məqalə çıxır. Hətta dini jurnalların belə bir çoxu insanın heyvan nəslindən gəldiyini qəbul edən modernistlərin əlindədir. Ümumiyyətlə, bütün qəzetlərin redaktorları təkamülü sübut edilmiş bir qanun olaraq qəbul edir və nəzəriyyəyə qarşı çıxan hər kəsi cəhalət və ya dəlilikdə günahlandırırlar. Demək olar ki, hamısı. Təkamülçülər tərəfindən nəşr olunan elmi jurnallar isə təkamül anlayışına kiçik kölgə salacaq bir yazını belə nəşr etmək istəmirlər. Kitab nəşr edənlər qüvvədə olan bir nəzəriyyəyə qarşı çıxıb üzərinə hücumlar yığacaq və ya rəğbət görməyəcək bir kitabı nəşr etməzlər. Hətta çap xərcləri yazıçıya aid olsa belə, nəşriyyatın etibar itirəcəyini düşünürlər. Beləliklə, xalq məsələni birtərəfli bilir. Cəmiyyət təkamül nəzəriyyəsini cazibə qanunu kimi sübut edilmiş bir həqiqət hesab edir.27

Bəli, insanların əksəriyyəti təkamülü sübut edilmiş bir həqiqət zənn edir. Qatı təbliğat və təlqin sayəsində belə düşünürlər.
Təkamülçülər də bu “beyin yuma” proqramının onlara verdiyi üstünlükdən yaxşı istifadə edirlər. Bir çox insan təkamülün mövcud olduğuna elə inandırılmışdır ki, təkamülçülər nə yazırsa-yazsın, necə və niyə kimi bir sual ağıllarına gəlmir. Bu səbəbdən də təkamülçülər məntiqsiz iddialarını heç bir əsas və dəlil göstərmədən asanlıqla müdafiə edirlər.
Məsələn, ən “elmi” təkamülçü kitablarda belə, təkamülün ən böyük çətinliklərindən biri olan “sudan quruya keçid” mərhələsi uşaqları belə inandıra bilməyəcək bir sadəliklə izah edilir. Təkamülə görə, həyat suda başlamışdır və ilk inkişaf etmiş heyvanlar balıqlardır. Nəzəriyyəyə görə, necə olmuşsa (!), bir gün bu balıqlar özlərini quruya doğru atmağa başlamışlar! (Buna səbəb olaraq çox vaxt quraqlıq göstərilir.) Yenə nəzəriyyəyə görə, quruda yaşamağı seçən balıqlar necə olmuşsa, üzgəc yerinə ayaqlara, qəlsəmə yerinə də ciyərlərə sahib olmuşlar!
Bir çox təkamül kitabı bu böyük iddianın “necə”sinə heç girmirlər. Ən “elmi” mənbələrdə “sudan quruya keçid reallaşdı” kimi mənasız bir cümlə ilə bu iddianın qəribəliyi ört-basdır edilir.
Görəsən, bu keçid necə reallaşmışdır? Bir balığın sudan çıxanda bir-iki dəqiqədən çox yaşamadığını bilirik. Təkamülçülərin iddia etdiyi kimi, bir quraqlıq yaşandığını və balıqların zəruri olaraq quruya yönəldiklərini qəbul etsək, bu vəziyyətdə balıqların başına nə gəlmiş ola bilər, sizcə? Cavab aydındır: sudan çıxan balıqların hamısı bir-iki dəqiqə içində tək-tək ölər. Bu iş on milyon il davam etsə belə, cavab yenə eynidir: balıqların hamısı tək-tək ölər. Kimsə çıxıb: “Bəlkə də bu balıqlardan bəziləri dördüncü milyon ilin sonunda sudan çıxıb, elə can verdikləri anda birdən-birə ağciyər sahibi olmuşlar”, -deyə bilməz. Çünki bu, ağıl və məntiqə tamamilə ziddir.
Ancaq təkamülçülərin iddia etdiyi şey tam olaraq budur. “Sudan quruya keçid”, “qurudan havaya keçid” və daha milyonlarla “sıçrayış” bu məntiqsiz izah ilə açıqlanır. Göz, qulaq kimi son dərəcə mürəkkəb orqanların necə meydana gəldiyi mövzusuna isə təkamülçülər heç toxunmurlar.
Bu səbəbdən, təkamül böyük yalandır. Özü də son dərəcə məntiqsiz, son dərəcə əsassız bir yalan. Ancaq kitabın əvvəlki səhifələrində də dediyimiz kimi, məntiqli kimi göstərilməyə çalışılır. Bu da mövzu haqqında dəlillər göstərməkdən çox beyin yuma üsulu ilə həyata keçirilir. Küçədəki adamı elmilik maskası ilə aldatmaq asandır: sudan quruya keçidi təmsil edən xəyali bir şəkil çəkirsiniz, sudakı heyvana, qurudakı “nəvəsinə” və aradakı “ara keçid forması”na (bu xəyali bir heyvandır) latınca adlar uydurub qoyursunuz. Sonra da ehkam kəsirsiniz: “Eusthenopteron” uzun bir təkamül müddəti içində əvvəl “rhipitistian crossoptergian”a, sonra da “ichthyostega”ya çevrildi. Bu cümləni bir də qalın eynəkli, ağ önlüklü bir “alim”ə söylədirsəniz və beləliklə, bir çox insanı əmin etmiş olursunuz. Çünki təkamülü insanlar arasında yaymağı ən böyük masonik vəzifə qəbul edən media ertəsi gün dünyanın dörd tərəfində bu böyük kəşfi böyük həyəcanla insanlara müjdələyəcək. Medianın özünə göstərdiyi dünyadan başqa bir dünya tanımayan cəmiyyət üçün bu “böyük dəlil” təkamülə inanmaq üçün kifayətdir, hətta artıqdır...

QEYDLƏR

27. Douglas Dewar, İnsan: xüsusi varlıq, səh. 103-104.

İnsanın təkamülü nağılı

İnsanın təkamülü nağılı

Medianın təkamülü qəbul etdirmək üçün istifadə etdiyi üsula diqqət yetirin: “Budur ən böyük dəlil” iddiası ilə təqdim edilənlər çox vaxt insanın təkamülünə dəlil olaraq göstərilən kəllələrdir. Çünki təkamülçülər on illərdir davam edən bir səy nəticəsində meymundan insana doğru uzanan bir “kəllə seriyası” anlayışı meydana gətirməyi bacarmışlar. Bunun üçün nəsli tükənmiş bəzi meymun fosillərindən istifadə edilmiş, bəzi təhriflər edilmiş, Yava adamı kimi saxtakarlıqlar edilmişdir. Təkamülçülərin tək məşğuliyyəti hamısına dəbdəbəli latınca ad qoyduqları bu kəllələri bir-birinin ardınca düzüb: “Budur, ən qədim atalarımızdan müasir insana qədər insanın təkamülü”, -deməkdir.
Halbuki, nəzəriyyənin digər iddiaları kimi, insanın təkamül iddiaları da tamamilə əsassızdır. Araşdıraq:
Təkamül nəzəriyyəsinin iddiasına görə, insanlar və dövrümüzdəki meymunlar ortaq atalara sahibdirlər. Bu ibtidai varlıqlar zamanla təkamül keçirərək bir qismi indiki meymunları, təkamülün digər bir qolunu izləyən başqa bir qrup da dövrümüzün insanlarını meydana gətirmişdir.
Təkamülçülər meymunlarla insanların ilk ortaq atalarını “Cənubi Afrika meymunu” mənasını verən “avstralopitek” adlandırırlar. Əslində isə nəsli tükənmiş qədim bir meymun növü olan avstralopiteklərin müxtəlif növləri var. Bunların bəziləri iri quruluşlu, bəziləri daha kiçik, daha zərif quruluşlu canlılardır.
İnsan təkamülünün bir sonrakı mərhələsini də təkamülçülər “homo”, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo seriyasındakı canlılar avstralopiteklərdən daha inkişaf etmiş müasir insandan çox fərqi olmayan canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə homo sapiens, yəni dövrümüzün müasir insanının meydana gəldiyi irəli sürülür.
İşin, əslində, təkamülçülərin ortaya atdığı bu xəyali ssenaridə avstralopitek adlandırdıqları canlılar nəsilləri tükənmiş həqiqi meymunlar, homo seriyasındakı canlılar isə qədim tarixlərdə yaşamış, bu gün isə nəsli tükənmiş irqlərə mənsub insanlardır. Təkamülçülər bir “insan təkamülü” sxemi meydana gətirmək üçün müxtəlif meymun və insan fosillərini böyüklüklərinə görə ard-arda düzmüşlər. Halbuki, elmi həqiqətlər bu qalıqların təkamül mərhələsini göstərmədiyini və insanın əcdadları olaraq göstərilən bu canlıların bir qisminin həqiqi meymunlar, bir qisminin də həqiqi insanlar olduğunu göstərmişdir.
İndi xəyali insan təkamülü sxeminin ilk pilləsini təşkil edən avstralopitekləri araşdıraq.

AVSTRALOPİTEKLƏR: HƏQİQİ MEYMUNLAR

Təkamülçülərin iddiasına görə, avstralopiteklər dövrümüzdəki insanların ən ibtidai atalarıdır. Bunlar üz və baş quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmləri isə indiki meymunlarınkından daha kiçik qədim növə aid edilir. Ancaq təkamülçülərin iddialarına görə, bu varlıqların insanların əcdadı olmasını sübut edən çox əhəmiyyətli bir xüsusiyyətləri var: iki ayaqlı olmaları.
Meymunlarla insanların hərəkət şəkli tamamilə fərqlidir. İnsanlar iki ayaqları ilə hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdirlər. Məsələn, ayı və meymun kimi heyvanlar nadir hallarda (məs. ov edərkən) iki ayaqları üzərində qısa müddətli hərəkət edirlər.
Təkamülçülərə görə avstralopitek adlı bu ibtidai canlılar hər zaman iki ayaqları üzərində yeriyə bilirdilər; bunlar iki ayaqlı canlılardı. Lakin iki ayaqları üzərində insanlar kimi dik olaraq yeriyə bilmirdilər; ancaq əyilmiş şəkildə yerimək qabiliyyətinə sahib idilər. Məhz bu məhdud iki ayaqlı yeriş belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduqları iddiasında cəsarətləndirməyə kifayət idi.
Halbuki, təkamülçülərin avstralopiteklərin iki ayaqlı olduqlarına dair iddialarını alt-üst edən ilk dəlil yenə təkamül tədqiqatçılarının özlərindən gəldi. Avstralopiteklərin fosilləri üzərində aparılan ətraflı araşdırma təkamülçüləri belə, bunların daha çox meymuna bənzədiyini qəbul etməyə məcbur etmişdi. 1970-ci illərin ortalarında avstralopitek fosilləri üzərində anatomik araşdırmalar aparan təkamülçü Ç.E.Oksnard (Charles E.Oxnard) avstralopiteklərin skelet quruluşlarını indiki oranqutanlarınkına bənzədirdi:
Avstralopiteklərin çiyin, çanaq, bilək, ayaq, dirsək və əlləri kimi anatomik bölgələri üzərində aparılmış bir çox müqayisəli anatomik araşdırma mövcuddur. Bütün bunlar bunu söyləyir: bu fosillərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün fosil parçaları həm insandan, həm də şimpanze və qorillalardan fərqlidir. Avstralopiteklər qrup şəklində araşdırılanda oranqutana bənzərlikləri aşkar olur.28
Ancaq təkamülçülər üçün əsas utanma səbəbi avstralopiteklərin iki ayaqlı və əyilmiş şəkildə yeriyə bilməyəcəklərinin aydın olması oldu. İki ayaqlı, ancaq əyilmiş şəkildə yeridiyi iddia edilən avstralopitekin belə bir quruluşa sahib olması fiziki olaraq son dərəcə səmərəsiz olacaqdı və mütənasib olaraq yüksək bir enerji tələb edəcəkdi. Necə ki, 1996-cı ildə kompyuter mütəxəssisi R.Krompton (Robin Crompton) apardığı araşdırmalarda belə qarışıq yerişin qeyri-mümkün olduğunu göstərdi. Kromptonun gəldiyi nəticə bu idi: bir canlı ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə bilər. Beləcə, avstralopiteklərin əyilmiş halda və iki ayaqla yeriyə bilməyəcəyi aşkarlandı.
Avstralopiteklərin iki ayaqlı olmadıqlarına aid ən əhəmiyyətli araşdırmalardan biri tədqiqatçı anatom F.Spuur (Fred Spoor) və qrupuna aid idi. Məşhur tədqiqatçılar 1994-cü ildə İngiltərə Liverpul Universitetinin İnsan anatomiyası və hüceyrə biologiyası şöbəsində fosil canlılar üzərində iki ayaqlılıq araşdırmaları aparmışdılar. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən əsas alaraq tədqiqatlar aparan alimlər avstralopiteklərin qətiyyən iki ayaqlı olmadıqlarını sübut etdilər. Beləliklə, avstralopiteklərin insanabənzər olduqlarına aid iddianın sonu çatdı.

ƏSL İNSAN FOSİLLƏRİ

Xəyali insan təkamülünün bir sonrakı pilləsi isə “homo”, yəni insan seriyasıdır. Bu silsilədəki canlılar müasir dövrün insanından çox fərqli olmayan, yalnız irqi bəzi fərqlilikləri olan insanlardır. Təkamülçülər bu fərqlilikləri şişirtməyə çalışaraq həmin insanları dövrümüzdəki insanların irqi olaraq deyil, ayrı bir növü olaraq izah etmişlər. Halbuki, bir azdan da görəcəyimiz kimi homo seriyasındakı insanların hamısı, əslində, normal bir insan irqindən başqa bir şey deyil.
Təkamülçülərin xəyali sxeminə görə, homo növünün öz içindəki xəyali təkamülü belədir: Əvvəl “homo erectus”, sonra “arxaik homo sapiens” və “neandertal insanı”, sonra da “cro-magno” adamı və dövrümüzdəki insan meydana gəlir.
Homo seriyasındakı yuxarıda saydığımız növlərin hamısı təkamülçülərin əksini iddia etməsinə baxmayaraq, bir az əvvəl də vurğuladığımız kimi əsl insandırlar. Əvvəlcə, təkamülçülərin ən ibtidai növ saydıqları “homo erectus”u araşdıraq.
“Homo erectus”un ibtidai növ olmadığını göstərən ən təsiredici dəlil ən qədim “homo erectus” qalıqlarından olan “Turkana uşağı” fosilidir. Turkana uşağı adlı bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman 1.83 boyunda olacağı güman edilir. Bu fosilin dik skelet quruluşu dövrümüzdəki insandan fərqsizdir! Uzun və incə olan skelet quruluşu indiki dövrdə tropik bölgələrdə yaşayan insanların skelet quruluşu ilə tamamilə uyğunlaşır. Bu fosil “homo erectus”un dövrümüzdəki insanın bir irqi olduğunun ən əhəmiyyətli dəlillərindəndir. R.Liki (Richard Leakey) “homo erectus”la dövrümüzdəki insanı belə qarşılaşdırır:
Hər hansı bir insan fərqlilikləri anlaya bilər: kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqliliklər bu gün müxtəlif ərazilərdə yaşayan insan irqlərinin bir-birləri arasındakı fərqliliklərdən çox deyil. Belə fərqliliklər bir-birlərindən uzun zaman fasilələrində ayrı saxlandıqları zaman ortaya çıxır.29
Yəni Liki bunu söyləyir ki, “homo erectus” və bizim aramızdakı fərq, məsələn, zəncilərlə eskimoslar arasındakı fərqliliklərdən çox deyil. “Homo erectus”un bu kəllə xüsusiyyətləri qidalanma forması, genetik köç və digər insan irqləri ilə müəyyən müddət ünsiyyətdə olmama kimi hadisələrin nəticəsində ortaya çıxmışdır.
“Homo erectus”un ibtidai növ olmadığının başqa bir dəlili bunların 27.000 illik və hətta 13.000 illik fosillərinin tapılmasıdır. Elm dünyasında böyük əks-sədaya səbəb olan və elmi bir jurnal olan “Time”da belə, nəşr olunan bir məqaləyə görə, Yava adasında yaşının 27.000 illik olduğu müəyyən edilən “homo erectus” fosilləri tapılmışdır. Avstraliyada Kou bataqlığında isə 13.000 illik “homo sapiens-homo erectus” xüsusiyyətləri daşıyan bəzi fosillər tapılmışdır. Bütün bu fosillər “homo erectus”un günümüzə olduqca yaxın tarixlərdə belə həyatını davam etdirmiş olduğunu və bunların bildiyimiz insanın bu günə qədər çata bilməmiş və tarixə basdırılmış bir irqindən başqa bir şey olmadığını göstərir.

ARXAİK HOMO SAPİENS VƏ NEANDERTAL ADAM

Arxaik homo sapiens xəyali təkamül sxeminin müasir dövrün insanından bir əvvəlki pilləsini meydana gətirir. Əslində, bu insanlar haqqında təkamülçülər baxımından deyiləcək bir şey yoxdur, çünki bunlar müasir dövrün insanından ancaq çox kiçik fərqliliklərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu növün nümayəndələrinin hələ də yaşadıqlarını söyləyərək avstraliyalı Aborigen yerlilərini nümunə göstərirlər. Aborigen yerliləri də eyni bu növ kimi qalın qaş çıxıntılarına, içəri doğru əyilmiş çənə quruluşuna və bir az daha kiçik beyin həcminə sahibdirlər. Həmçinin çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadığına dair çox ciddi tapıntılar əldə edilmişdir.
Təkamülçülər arxaik homo sapiensə ən mühüm nümunə olaraq Hollandiyanın Neander vadisində tapılan və neandertal adamı adlandırılan insan fosillərini göstərirlər. Hal-hazırda da bir çox tədqiqatçı neandertal insanı dövrümüzdəki insanın bir alt növü olaraq təyin edərək “homo sapiens neandertalensis” kimi tanıdırlar. Bu irqin müasir insanla birlikdə eyni anda və eyni coğrafiyada yaşadığı aydındır. Tapıntılar neandertalların ölülərini basdırdıqlarını, müxtəlif musiqi alətləri düzəltdiklərini və eyni dövrdə yaşamış homo sapienslərlə birlikdə inkişaf etmiş bir mədəniyyəti paylaşdıqlarını açıq şəkildə göstərir. Neandertal fosillərinin tamamilə müasir olan kəllə və skelet quruluşları da hər hansı bir fərziyyəyə açıq deyil. Bu mövzuda ciddi nüfuz sahibi sayılan “New Mexico” Universitetindən Erik Trinkaus belə yazır:
Neandertal qalıqları və müasir insan sümükləri arasında aparılan ətraflı müqayisələr bunu göstərir ki, neandertalların anatomiyasında, yaxud da hərəkət, alətdən istifadə, zəka səviyyəsi və ya danışıq qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayılan heç bir şey yoxdur.30
Bunlardan əlavə olaraq, neandertalların dövrümüzdəki insana görə bəzi üstünlükləri vardır. Neandertalların beyin həcmləri dövrümüzdəki insanınkından daha böyükdür və bədənləri daha sağlam və əzələləri daha güclüdür. Yenə Trinkaus belə deyir:
Neandertalların fərqi bədən sümüklərinin ümumi olaraq şişirdilmiş quruluşlu olmasıdır. Bu sümüklər müasir insanlar tərəfindən nadir olaraq sahib olunan gücə işarə edir. Bundan əlavə, bu xüsusiyyət yalnız yetkin kişilərdə deyil, yetkin qadınlarda, yaşlılarda və hətta uşaqlarda belə görünə bilər.31
Qısası, neandertallar sadəcə zamanla assimilyasiya olmuş xüsusi insan irqidir.
Bütün bunlar, “insanın təkamülü” deyilən bir prosesin tarixdə heç yaşanmadığını göstərir. Tarixdə sadəcə fərqli meymun növləri və bəzi fiziki xüsusiyyətləri bugünkü insandan fərqli olan fərqli insan irqləri yaşamışdır. Təkamülçülər bunları bir-birinin ardınca düzərək xəyali təkamül sxemi meydana gətirirlər.
Halbuki, əslində, ortada heç bir keçid forma yoxdur. Yəni insanlar hər zaman insan, meymunlar da hər zaman meymun olmuşlar.

QEYDLƏR

28. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, say: 258, səh. 389.
29. Richard Leakey, The Making of Mankind, London: Spehere Books 1981, səh. 116.
30. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, Say 87, Dekabr 1978, səh. 10; R. L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, say 12, 1991, səh. 94.
31. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, say 87, dekabr 1978, səh. 10.

Molekulyar təkamül müəmması

Molekulyar təkamül müəmması

Əvvəlki bölmədə araşdırdığımız və “insanın təkamülü” nağılını kökdən sarsıdan dəlillərlə yanaşı, təkamülçülərin gözlərdən uzaq tutmağa çalışdığı minlərlə mövzu vardır. Bunlardan biri də üzvi təkamüldür.
Təkamülçülər nəsli tükənmiş meymun növlərinə aid olan bir neçə kəlləni ard-arda düzərək xəyali nəzəriyyələrini sübut edilmiş bir həqiqət imiş kimi təqdim edirlər. Halbuki, insanın təkamülünə gələnə qədər açıqlanması mümkün olmayan milyonlarla mərhələ vardır. Çünki təkamül yalnız insanın meymundan təkamül keçirməsini deyil, bütün canlı həyatın təkamül müddəti içində meydana gəldiyini irəli sürür. Bu fərziyyəyə görə, ilk canlı həyat amin turşularının təsadüfən meydana gəlməsi ilə başlamış, bunu zülallar izləmiş, ardınca tək hüceyrəli canlılar və suda həyat meydana gəlmiş, sudan quruya, qurudan havaya keçid baş vermiş və bu şəkildə, bütün canlılar bir-birlərindən törəmişlər.
Halbuki, üstdəki cümlədə çox qısa şəkildə araşdırdığımız bu müddətin meydana gəlməsi ehtimaldan kənar olan milyonlarla təsadüfə əsaslanır.
Ehtimallardan bəhs etməzdən əvvəl “təbiət canlıların ən kiçik quruluş əsası olaraq qəbul edilən amin turşularını meydana gətirə bilərmi?” sualını cavablandıraq.
Bu sualın cavablandırılması təkamülçülər üçün olduqca əhəmiyyətlidir. Çünki əgər təbiət tək bir amin turşusu belə əmələ gətirə bilmirsə, ona “bütün canlıların yaradıcısı” ünvanını yaraşdırmaq heç inandırıcı deyil.
“Canlıların ilk olaraq necə ortaya çıxdığı” sualı təkamül nəzəriyyəsi üçün o qədər böyük bir çətinlikdir ki, təkamülçülər bu mövzuya əllərindən gəldiyi qədər toxunmamağa çalışırlar. Mövzunu “ilk canlı aləm bəzi təsadüfi amillərin təsiri ilə suda meydana gəldi” kimi sözlərlə yola verməyə çalışırlar. Çünki bu mövzuda qarşılaşdıqları çətinlik heç bir şəkildə həll ola bilmir. Paleontologiya təkamül mövzularının əksinə, bu mövzuda təhriflər və qərəzli izahlarla nəzəriyyələrinə qata biləcəkləri fosillər də yoxdur. Bu səbəbdən, təkamül nəzəriyyəsi hələ başlanğıc nöqtəsində çox açıq bir şəkildə sarsılır.
Bir məsələyə də diqqət etmək lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun ortaya çıxması nəzəriyyənin tamamilə yanlış olduğunu və əsassızlığını sübut etmək üçün kifayətdir. Məsələn, yalnız zülalların təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da alt-üst edir. Bundan sonra insan və meymun kəllələrinin üzərilərində fərziyyə qurmağın da heç bir mənası yoxdur.
Canlıların cansız maddələrdən yarana bildiyi uzun müddət təkamülçülərin o qədər də yanaşmaq istəmədiyi problem idi. Ancaq davamlı olaraq görməzlikdən gəldikləri bu problem getdikcə qaça bilmədikləri bir problemə çevrildi və 20-ci əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla açıqlanmağa çalışıldı.
İlk cavablandırılması lazım olan sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə ortaya çıxa bilərdi? Daha doğrusu, təkamülçülər bu sual qarşısında necə açıqlama verməli idilər?
Sualların cavabı təcrübələrlə tapılmağa çalışıldı. Təkamülçü alimlər və tədqiqatçılar bu sualları cavablandırmaq cəhdi ilə yenə çox maraq oyandırmayan bəzi laboratoriya təcrübələri apardılar. Həyatın mənşəyi mövzusunda təkamülçülərin ən çox etibar etdiyi araşdırma isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən aparılan və “Miller təcrübəsi” və ya “Urey-Miller” təcrübəsi adlandırılan təcrübə oldu.
Təkamül prosesinin ilk mərhələsi deyə təqdim edilən molekulyar təkamül fərziyyəsini sübut etmək üçün istifadə edilən yeganə “dəlil” məhz bu təcrübədir. Aradan onlarla il keçməsinə, böyük texnoloji irəliləyişlər qeyd edilməsinə baxmayaraq, bu mövzuda heç bir yeni təşəbbüs göstərilməmişdir. Bu cür səylərin onları dəstəkləmədiyini, əksinə, hər dəfə iddialarını alt-üst etdiyini başa düşən təkamülçülər başqa təcrübələrə girişməkdən qaçırlar.
Nəticədə, təkamül nəzəriyyəsi nəinki növlərin meydana gəlməsinə, heç canlıların elementi olan hüceyrələri meydana gətirən tək bir zülal molekulunun belə, təsadüfən necə meydana gəldiyinə bir açıqlama verə bilmirlər. Yəni təkamül zülal mərhələsində dayanır. Buna baxmayaraq, bu təcrübə bu gün belə, dərs kitablarında canlıların ilk dəfə meydana gəlməsinin təkamül izahı olaraq tədris olunur.

MİLLERİN TƏCRÜBƏSİ

Miller İkinci Dünya Müharibəsindən dərhal sonra Çikaqo Universitetindəki müəllimi Harold Urey ilə birlikdə bəzi mikrobioloji araşdırmalara girişdi. Hədəfi milyardlarla il əvvəlki cansız dünyada canlılar aləminin özbaşına və təsadüfən meydana gələ biləcəyini göstərmək idi. Canlıların ən kiçik elementləri olan amin turşularının təsadüfən meydana gələ biləcəklərini sübut edən bir təcrübə aparmağa qərar verdi.
Miller bu məqsədlə ibtidai dünyanın meydana gəlməsində mövcud olduğunu zənn etdiyi, ancaq daha sonralar həqiqi olmadığı aydın olan bir atmosfer mühitini laboratoriyasında qurdu və fəaliyyətlərinə başladı. Təcrübəsində ibtidai atmosfer olaraq istifadə etdiyi qarışıq ammonyak, metan, hidrogen və su buxarından ibarət idi.
Miller metan, ammonyak, su buxarı və hidrogenin təbii şərtlərdə bir-biri ilə reaksiyaya girə bilməyəcəyini bilirdi. Bunların bir-biri ilə reaksiyaya girməsini təmin etmək üçün kənardan enerji əlavə etmək lazım olduğunu da başa düşürdü. Bu səbəbdən, bu enerjinin ibtidai atmosfer mühitində ildırımlardan qaynaqlana biləcəyini qarşıya qoydu. Bu fərziyyəyə əsaslanaraq apardığı təcrübələrində süni elektrik boşaltma mənbəyindən istifadə etdi.
Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, digər tərəfdən də bu isti mühitə elektrik cərəyanı verdi. Həftənin sonunda Miller qabın dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və zülalların əsasını təşkil edən 20 növ amin turşusundan üçünün sintez etdiyini müşahidə etdi.
Təcrübə təkamülçülər arasında böyük sevinc yaratdı və çox böyük nailiyyət imiş kimi təqdim edildi. Hətta müxtəlif nəşrlər hadisənin təsiri ilə “Miller həyatı yaratdı” şəklində başlıqlar atacaq qədər irəli getdilər. Halbuki, Millerin sintez etdiyi molekullar cansız idi.
Bu təcrübənin öz nəzəriyyələrini təsdiq etdiyinə inanan təkamülçülər bundan aldıqları cəsarətlə dərhal ssenari yaratmaq işinə girişdilər. Miller guya amin turşularının öz-özünə əmələ gələ biləcəyini sübut etmişdi. Buna əsaslanaraq sonrakı mərhələlər də dərhal təşkil edildi. Çəkilən ssenariyə görə, ibtidai atmosferdə meydana gələn amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun düzülüşlə birləşmiş və zülalları meydana gətirmişdilər. Təsadüf əsəri meydana gələn bu zülalların bəziləri də özlərini hər hansı bir şəkildə meydana gəlmiş hüceyrə pərdəsinə bənzər quruluşların içinə yerləşdirərək ibtidai hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri meydana gətirmişdilər. Ssenarinin ən böyük dayağı isə Millerin təcrübəsi idi.
Halbuki, Miller təcrübəsi əsassız olduğu dəfələrlə sübut edilmiş saxtakarlıqdan başqa bir şey deyildi.

MİLLERİN TƏCRÜBƏSİ YALNIZ GÖZDƏN PƏRDƏ ASMAQDAN İBARƏT İDİ

Demək olar ki, əlli yaşında olan bu təcrübə dəfələrlə əsassızlığı sübut edildiyi halda, bu gün hələ canlılar aləminin özbaşına meydana gəlməsi haqqındakı ən böyük dəlil olaraq təkamülçü ədəbiyyatdakı yerini qoruyur. Halbuki, Miller təcrübəsi qərəzli və birtərəfli təkamülçü məntiqi ilə deyil, açıq şüurla qiymətləndiriləndə vəziyyətin təkamülçülər üçün o qədər ümid verici olmadığı görünür. Çünki hədəfini ibtidai dünya şərtlərində amin turşularının öz-özlərinə əmələ gələ biləcəyini sübut etmək olaraq göstərən təcrübə bir çox cəhətdən bu hədəflə uyğunsuzluq göstərir. Bunları belə sıralaya bilərik:
1 – Miller təcrübəsində soyuq tələ (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını meydana gəldikləri anda mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə, amin turşularını təşkil edən mühitin şərtləri bu molekulları əmələ gəlmələrindən dərhal sonra məhv edərdi.
Halbuki, ultrabənövşəyi şüalar, ildırımlar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı və s. kimi ünsürləri ehtiva edən ibtidai dünya şərtlərində bu cür şüurlu qurğuların mövcud olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan hər hansı bir növ amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqlar. Kimyaçı R.Blis (Richard Bliss) bu ziddiyyəti belə izah edir:
Millerin alətləri içərisində ən vacib vasitələrdən biri olan soyuq tələ kimyəvi reaksiyalardan əmələ gəlmiş məhsulları toplamaq vəzifəsini yerinə yetirirdi. Həqiqətən, bu soyuq tələ olmadan kimyəvi məhsullar elektrik qaynağı tərəfindən korlanmış olacaqdı.32

Miller eyni vəsaitlərdən istifadə etdiyi halda, soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə tək bir amin turşusu belə əldə edə bilməmişdi.
2 - Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. Bu həqiqəti 1980-ci illərin ortalarına doğru mövzu ilə maraqlanan bəzi geoloqlar ortaya çıxardılar. Buna görə, Miller süni mühitdə lazım olan azot və karbondioksidi görməzlikdən gəlir, bunların yerinə metan və ammonyakdan istifadə etməyə üstünlük verirdi.
Bəs təkamülçülər nə üçün ibtidai atmosferdə metan (CH4), ammonyak (NH3) və su buxarının (H2O) olduğu mövzusunda təkid etmişdilər? Cavab sadədir: ammonyak olmadan bir amin turşusunun sintez edilməsi qeyri-mümkün idi. K.M.Kin (Kevin Mc Kean) “Discover” jurnalında nəşr etdiyi məqalədə bu vəziyyəti belə izah edir:
Miller və Urey dünyanın qədim atmosferini metan və ammonyak qarışdıraraq süni yolla meydana gətirdilər. Onlara görə, dünya metal, qaya və buzun homogen bir qarışığı idi. Halbuki, son çalışmalarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi aydın olmuşdur. Belə ki, o dövrdəki kimyəvi atmosfer daha çox azot (N2), karbondioksid (CO2) və su buxarından (H2O) meydana gəlməli idi. Halbuki, bunlar üzvi molekulların meydana gəlməsi üçün ammonyak və metan qədər uyğun deyildirlər.33

Nəticə olaraq, ibtidai dünya atmosferinin Millerin zənn etdiyindən daha fərqli qazlardan meydana gəldiyi ortaya çıxmışdı.
Bəs bu qazların istifadə edilməsi ilə təcrübələrdə amin turşusu əldə edə bilmək mümkün idimi? Amerikalı alimlər J.P.Ferris və C.T.Çenin araşdırmaları bu suala lazım olan cavabı verdi. Ferris və Çen karbondioksid, hidrogen, azot və su buxarından ibarət olan bir atmosfer mühitində Millerin təcrübəsini təkrarladılar və bu qaz qarışığı ilə bir tək molekul amin turşusu belə əldə edə bilmədilər.34

Uzun müddət səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.35

3 - Millerin təcrübəsini əsassız edən başqa əhəmiyyətli məsələ amin turşularının meydana gəldiyi iddia edilən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen tapılması idi. Aparılan geoloji araşdırmalarda tapılan, yaşları 3.5 milyard il olaraq hesablanan daşların dünyanın ən qədim daşlarından olduqları aydın oldu. Daşlarda oksidləşmiş dəmir və uran qalıqları vardı.
Oksigen miqdarının bu dövrdə təkamülçülərin iddia etdiyindən daha çox olduğunu göstərən başqa tapıntılar da vardır. Aparılan tədqiqatlar günəşin o dövrdə təkamülçülərin təxminlərindən 10 min dəfə çox ultrabənövşəyi şüa yaydığını göstərmişdir.
Bu vəziyyət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsini tamamilə əsassız edir. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi.
Digər tərəfdən, oksigenin tapılmadığı bir mühitdə -hələ ozon təbəqəsi mövcud olmadığına görə- çox sıx miqdardakı ultrabənövşəyi şüaların təsirinə məruz qalan dünyada hər hansı bir üzvi molekulun yaşaya bilməyəcəyi aydındır. Nəticədə, ibtidai dünyada oksigenin mövcud olub-olmaması da amin turşuları üçün yox edici bir mühit olması demək idi.
4 - Miller təcrübəsinin nəticəsində sadəcə canlılar aləmi üçün lazım olan amin turşuları əldə edilməmiş, bunlardan daha çox miqdarda canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərdəki üzvi turşular da meydana gəlmişdi. Amin turşularının təcrid edilməyərək bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqları təqdirdə isə bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri labüd idi.
Həmçinin təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli amin turşusu çıxmışdı. Bu amin turşularının varlığı təkamülü öz məntiqi içində belə çürüdürdü. Çünki sağ əlli amin turşuları canlı quruluşunda istifadə edilə bilməyən amin turşularıdır. Amerikalı bioloqlar Blis və Parker (Gray E. Parker) bu məsələni belə açıqlayırlar:
Miller, təcrübəsində sadəcə həyat üçün lazım olan molekulları (sol əlli amin turşuları) əldə etməklə kifayətlənməmiş, eyni zamanda, təkamülə müdaxilə edən sağ əlli amin turşularından meydana gəlmiş uzun bir zəncir də əldə etmişdi.36

Nəticə olaraq, Millerin təcrübəsindəki amin turşularının meydana gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, ortaya çıxacaq işə yararlı molekulları parçalayıcı, yandırıcı bir turşu qarışığı xüsusiyyətində idi.
Bütün bunların göstərdiyi tək bir konkret həqiqət vardır: Miller təcrübəsinin canlılar aləminin ibtidai dünya şərtlərində təsadüfən meydana gələ biləcəyini sübut etmək kimi bir iddiası qəbul edilmir. Hadisə amin turşusu sintez etməyə yönəlmiş şüurlu və idarəli bir laboratoriya təcrübəsindən başqa bir şey deyil. İstifadə edilən qazların növləri və qarışıq nisbətləri amin turşularının meydana gələ bilməsi üçün ən ideal ölçülərdə təyin olunmuşdur. Mühitə verilən enerji miqdarı nə az, nə çox, tamamilə istənilən reaksiyaların reallaşmasını təmin edəcək şəkildə, dəqiqliklə nizamlanmışdır. Təcrübə cihazı ibtidai dünya şərtlərində mövcud ola biləcək heç bir zərərli, məhv edici, ya da amin turşusunun meydana gəlməsinə mane olan ünsürü saxlamayacaq və içəri sızmasını önləyəcək şəkildə istehsal edilmişdir. Amin turşularının quruluşunda olan üç-beş elementdən başqa ibtidai dünyada mövcud olan və reaksiyaların gedişini dəyişdirəcək heç bir element, mineral və ya birləşmə təcrübə balonuna qoyulmamışdır. Oksidləşmə səbəbindən amin turşularının varlığına imkan verməyəcək oksigen bunlardan yalnız biridir. Qaldı ki, hazırlanan ideal laboratoriya şərtlərində belə, yaranan amin turşularının eyni mühitdə parçalanmadan varlıqlarını davam etdirə bilmələri mümkün deyil. Ancaq bu problem də meydana gəldikləri anda amin turşularını mühitdən ayıracaq başqa bir süni qurğu ilə (cold trap) həll edilmişdir.
Əslində, bu təcrübə ilə təkamülçülər nəzəriyyələrini öz əlləri ilə alt-üst etmişlər. Çünki təcrübə amin turşularının təsadüfən deyil, ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış nəzarətli bir laboratoriya mühitində, şüurlu müdaxilələr nəticəsində əldə edilə biləcəyini sübut etmişdir.
Yəni canlılar aləmini ortaya çıxaran güc şüursuz təsadüflər deyil, ancaq yaradılış ola bilər. Bu səbəbdən, canlılar aləminin hər mərhələsi bizlərə Allah’ın varlığını və gücünü sübut edən dəlil xüsusiyyətindədir.

QEYDLƏR

32. Richard B. Bliss & Gray E. Parker, Origin of Life, California 1979, səh. 14.
33. Kevin Mc Kean, Elm və texnika, say 189, səh. 7.
34. J. P. Ferris & C. T. Chen, “Photochemistry of Methane, Nitrogen and Water Mixture as a Model for the Atmosphere of the Primitive Earth”, Journal of American Chemical Society, cild 97, say 11, 1975, səh. 2964.
35. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7.
36. Richard B. Bliss & Gray E. Parker, Origin of Life, California 1979, səh. 14.

İbtidai dünya mühiti və zülallar

İbtidai dünya mühiti və zülallar

Daha əvvəl saydığımız bütün əsassızlıqlarına baxmayaraq, təkamülçülər amin turşularının ibtidai dünya mühitində öz-özünə necə meydana gəldiyi sualından Miller təcrübəsi ilə yayınmağa çalışırlar. Bu uydurma təcrübə ilə həmin problemin çoxdan həll olduğu kimi bir təəssürat verərək bu gün belə, insanları yanıltmağa davam edirlər.
Lakin həyatın mənşəyini təsadüflərlə açıqlamaq cəhdinin ikinci mərhələsində təkamülçüləri amin turşularının təşəkkülü ilə müqayisə edilməyəcək dərəcədə böyük bir problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli amin turşularının müəyyən bir sıra ilə bir-birinə əlavə olunaraq meydana gətirdikləri canlılar aləminin əsas elementləri.
Zülalların təbii şərtlərdə təsadüfən meydana gəldiklərini iddia etmək amin turşularının təsadüfən meydana gəldiklərini iddia etməkdən daha məntiqsizdir. Amin turşularının zülalları meydana gətirmək üçün uyğun düzülüşlərdə təsadüfən birləşə bilmələrinin riyazi qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesabları ilə araşdırdıq. İndi isə zülal əmələ gəlməsinin kimyəvi olaraq da ibtidai dünya şərtlərində mümkün olmadığını görəcəyik.

SUDA ZÜLAL SİNTEZİ MÜMKÜN DEYİL

Amin turşuları zülal meydana gətirmək üçün kimyəvi olaraq birləşərkən aralarında peptid rabitəsi deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu ortaya çıxır.
Bu vəziyyət ibtidai həyatın dənizlərdə ortaya çıxdığını iddia edən təkamülçü izahı qəti şəkildə əsassız edir. Çünki kimyada “Le Châtelier” qanunu olaraq tanınan qanuna görə, ortaya su çıxaran bir reaksiyanın (kondensasiya reaksiyası) su olan bir mühitdə nəticələnməsi mümkün deyil. Sulu bir mühitdə bu növ bir reaksiyanın reallaşa bilməsi kimyəvi reaksiyalar içində əmələgəlmə ehtimalı ən aşağı olanı olaraq xarakterizə edilir.
Bu səbəbdən, təkamülçülərin həyatın başladığı və amin turşularının meydana gəldiyi yerlər olaraq ifadə etdikləri okeanlar amin turşularının bir sonrakı mərhələdə birləşərək zülalları meydana gətirməsi üçün qətiyyən uyğun olmayan mühitlərdir. R.E.Dikinson (Richard E. Dickinson) “Scientific American”da belə yazır:
Əgər zülal və nuklein turşu polimerləri aparıcı monomerlərdən meydana gəlirsə, polimer zəncirinə hər dəfə monomer birləşəndə bir molekul su atılması şərtdir. Bu vəziyyətdə suyun varlığının polimer meydana gətirmənin əksinə, mühitdəki polimerləri parçalama istiqamətində təsirli olması həqiqəti qarşısında sulu bir mühitdə polimerləşmənin necə getdiyini təxmin etmək çətindir.37

Digər tərəfdən, təkamülçülərin bu həqiqət qarşısında söz dəyişdirib ibtidai həyatın qurularda meydana gəldiyini qarşıya qoymaları da qeyri-mümkündür. Çünki ibtidai atmosferdə meydana gəldikləri fərz edilən amin turşularını ultrabənövşəyi şüalarından qoruyacaq yeganə mühit dəniz və okeanlardır. Amin turşuları quruda ultrabənövşəyi şüalara görə parçalanırlar. Le chatelier prinsipi isə dənizlərdəki əmələgəlmə iddiasını alt-üst edir. Bu da təkamülü çıxılmaz vəziyyətə salan başqa bir səbəbdir.

QEYDLƏR

37. Richard Dickerson, “Chemical Evolution”, Scientific American, cild 239, say 3, 1978, səh. 74.

Möcüzəvi molekul: DNT

Möcüzəvi molekul: DNT

Molekulyar səviyyədə bura qədər araşdırdıqlarımızın göstərdiyi kimi, amin turşularının meydana gəlməsi təkamülçülər tərəfindən heç bir şəkildə aydınlaşdırıla bilməmişdir. Zülalların meydana gəlməsi isə sözün əsl mənasında müəmmadır. Problem isə yalnız amin turşusu və zülallarla məhdudlaşmır: bunlar yalnız başlanğıcdır. Hüceyrə deyilən mükəmməl varlıq təkamülçülər üçün nəhəng boşluq meydana gətirir. Çünki hüceyrə yalnız amin turşusu quruluşlu zülallardan meydana gəlmiş bir yığın deyil. Yüzlərlə inkişaf etmiş sistemi olan, insanın hələ də bütün sirlərini aça bilmədiyi qarışıqlıqda bir canlıdır. Halbuki, əvvəl də ifadə etdiyimiz kimi, təkamülçülər nəinki bu sistemlərin, hüceyrənin hissəciklərinin belə, necə meydana gəldiklərini açıqlaya bilmirlər.
Həyatın mənşəyini təsadüflərlə açıqlamaq cəhdində olan təkamül nəzəriyyəsi hüceyrənin quruluşunun ən təməlindəki bu molekulların varlığına belə, məntiqli izah verə bilmir, genetika elmindəki irəliləmələr və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi isə nəzəriyyə üçün yeni problemlər meydana gətirir.
1955-ci ildə iki alimin -C.Uotson (James Watson) və F.Krik (Francis Crick)- DNT haqqında apardıqları müşahidələr biologiyada yeni cığır açdı. Bir çox alim genetika mövzusuna yönəldi. İllərlə davam edən tədqiqatlar nəticəsində nəhayət DNT-nin quruluşu öyrənildi.
Burada DNT-nin quruluşu və funksiyası haqqında əsas bir neçə məlumatı vermək istəyirik:
Bədəndəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində olan DNT adlı molekul insan bədəninin qüsursuz yaradıldığını sübut edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı, xarici görünüşdən daxili orqanlarının quruluşlarına qədər hər məlumat DNT-nin içində xüsusi şifrə sistemi ilə qeydiyyatdadır. DNT-dəki məlumat bu molekulu meydana gətirən dörd xüsusi molekulun düzülüş sırası ilə kodlanmışdır. Nukleotid (və ya əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, G, C ilə ifadə edilirlər. İnsanlar arasındakı bütün quruluş fərqləri bu hərflərin düzülüş vəziyyətləri arasındakı fərqdən yaranır. Bir DNT molekulunda təxminən 3.5 milyard nukleotid, yəni 3.5 milyard hərf vardır.
Bir orqana və ya bir zülala aid olan DNT üzərindəki məlumatlar gen adlanan xüsusi hissələrdə yerləşir. Məsələn, gözə aid məlumatlar bir sıra xüsusi gendə, ürəyə aid məlumatlar bir sıra başqa gendə olur. Hüceyrədəki zülal istehsalı da bu genlərdəki məlumatlardan istifadə edilərək aparılır. Zülalların quruluşunu meydana gətirən amin turşuları DNT-də iştirak edən üç nukleotidin arxa-arxaya sıralanması ilə ifadə edilmişdir.
Bədənimizdəki orqanların hər biri fərqli sayda gen tərəfindən idarə edilir. Məsələn, dəri 2559, beyin 29930, göz 1794, tüpürcək vəzi 186, ürək 6216, sinə 4001, ağciyər 11581, qaraciyər 2309, bağırsaq 3838, skelet əzələsi 1911 və qan hüceyrələri 22092 gen tərəfindən idarə edilir.
DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə detallarına qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə sinir şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində mövcuddur.
Burada bir cəhətə də diqqət etmək lazımdır. Bir geni meydana gətirən nukleotidlərdə meydana gələn bir sıralama səhvi o geni tamamilə faydasız hala gətirir. İnsan bədənində 200 min gen olduğu düşünülsə, bu genləri əmələ gətirən milyonlarla nukleotidin doğru sıralamada təsadüfən əmələ gələ bilməsinin qeyri-mümkünlüyü daha yaxşı aydın olar. Təkamülçü bioloq olan Solsberi (Salisbury) bu mümkünsüzlüklə əlaqədar olaraq bunları söyləyir:
Orta böyüklükdəki bir zülal molekulu təxminən 300 amin turşusu ehtiva edir. Buna nəzarət edən DNT zəncirində isə təqribən 1000 nukleotid tapılacaq. Bir DNT zəncirində dörd növ nuklein olduğu xatırlanarsa, 1000 nukleinlik bir sıra 41000 fərqli şəkildə ola biləcək. Kiçik bir loqarifm hesabı ilə tapılan bu rəqəm isə ağılın qavrama sərhədinin çox kənarındadır.38

41000-də bir, kiçik bir loqarifm hesabı nəticəsində 10620-ə bərabər olur. Bu rəqəm 10-un yanına 620 sıfır əlavə olunması ilə əldə edilir. 10-un yanında 11 dənə sıfır 1 trilyonu ifadə edərkən, 620 dənə sıfırlı bir rəqəmin qavranılması mümkün deyil.
Təkamülçü prof. dr. Əli Dəmirsoy da bu mövzuda bu etirafı etmək məcburiyyətində qalır:
Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələgəlmə şansı ağıla sığmaz bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin ortaya çıxma şansı astronomik deyiləcək qədər azdır.
Bütün bu qeyri-mümkünlüklərlə yanaşı, DNT çox çətin reaksiyaya girən bir quruluşa malikdir. Çünki DNT cüt zəncirdən meydana gəlmiş möhkəm bir spiral şəklindədir. Bu baxımdan da canlılar aləminin əsası olması düşünülə bilməz.
Bundan başqa, DNT yalnız zülal quruluşundakı bir sıra fermentlərin köməyi ilə cütlənə bilərkən bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında reallaşır. Hər ikisi də bir-birindən asılı olduğundan, cütləşmənin meydana gələ bilməsi üçün ikisi də eyni anda mövcud olmalıdır. Ya da ikisindən birinin daha əvvəl yaradılmış olması zəruridir. Amerikalı mikrobioloq H.Yakobson (Homer Jacobson) bu mövzuda belə deyir:
İlk canlının ortaya çıxdığı zaman çoxalma planlarının, ətrafdan maddə və enerji təmin etmənin, böyümə sırasının və məlumatları böyüməyə çevirəcək mexanizmlərin hamısına aid əmrlərin o anda bir yerdə olması gərəkir. Bunların hamısının kombinasiyası isə təsadüfən reallaşa bilməz.40

Yuxarıdakı ifadələr 1955-ci ildə, yəni C.Uotson və F.Krik tərəfindən DNT-nin quruluşunun açılmasından iki il sonra yazılmışdı. Ancaq elmdəki bütün nailiyyətlərə baxmayaraq, bu problem təkamülçülər üçün həlsiz qalmağa davam edir. Qısası, törəmədə DNT-yə duyulan ehtiyac, bu artma üçün bəzi zülalların mövcud olma zəruriliyi və bu zülalların da DNT-dəki məlumatlara görə hazırlanma məcburiyyəti təkamül fərziyyələrini tamamilə əsassız edir.
Məsələn, alman alimlər Yunker (Junker) və Şerer (Scherer) də kimyəvi təkamül üçün lazım olan molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyi və nəzəri olaraq belə əldə edilmə metodu bir-birindən fərqli bir çox maddənin bir yerə gəlmə şansının heç olmadığını belə izah edirlər:
İndiyə qədər kimyəvi təkamül üçün lazım olan bütün molekulların əldə ediləcəyi bir təcrübə bilinmir. Başqa sözlə, müxtəlif molekullar fərqli yerlərdə çox uyğun şərtlərdə çıxarılıb, hidroliz və fotoliz kimi zərərli amillərə qarşı qorunub yeni bir reaksiya bölgəsinə daşınmalıdır. Burada təsadüfdən bəhs edilə bilməz, çünki belə bir hadisənin öz-özünə reallaşma ehtimalı yoxdur.41

Qısası, təkamül nəzəriyyəsi molekulyar səviyyədə reallaşdığı iddia edilən təkamüllə meydana gəlmələrin heç birisini sübut etmir. RNT molekulunun necə olub ki, özünə bir hüceyrə pərdəsi tapdığı, daha sonra hüceyrə orqanoidlərini necə ortaya çıxardığı kimi bir çox sual cavabsız qalır.

QEYDLƏR

38. Frank B. Salisbury, Doubts about the Modern Synthetic Theory of Evolution, səh. 336.
39. Əli Dəmirsoy, İrsiyyət və Təkamül, Ankara Meteksan nəşrləri 1984, səh. 161.
40. Homer Jacobson, “Information, Reproduction and the Origin of Life,” American Scientist, yanvar 1955, səh.121.
41. Reinhard Junker, Siegfried Scherer, “Entstehung Gesiche Der Lebewesen”, Weyel, 1986, səh. 89.